Yanacaqdoldurma stansiyaları da tətilə qoşuldu

Fransada iş qanununa qarşı etirazlar davam edir

494955
Yanacaqdoldurma stansiyaları da tətilə qoşuldu

  Ölkənin qərbində bəzi yerlər qarşısında başlanılan “yol bağlama hərəkəti” bölgənin yanacaqdoldurma stansiyalarını da əhatə edib.  

  Ölkənin şimal-qərbindəki Normandiya bölgəsində TOTAL neft şirkətinə aid benzindoldurma stansiyasında çalışan işçilər dünən axşam 72 saat tətil etmək qərarı verdikdən sonra yanacaq problemi yaranıb. Buna görə Fransanın qərbinin bəzi əyalətləri ola biləcək ehtimala qarşı satılan yanacaq miqdarına məhdudiyyət qoyub, bidonla satışı isə müvəqqəti qadağan ediblər.

  Xatırladaq ki, Fransada son zamanlar etiraz nümayişlərinə səbəb yeni iş qanun layihəsiylə bağlıdır ki, burada gündəlik maksimum 10 saatlıq iş müddətinin 12 saata çıxarılması, üstəlik maaşların azaldılması nəzərdə tutulur. Layihə, həmçinin, işə götürənlərə işçilərinin iş müddətini artırmaq və maaşlarını salma səlahiyyəti verir.

  Fransa Parlamentindən keçən iş qanunu layihəsinin qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi lazımdır.



Әlaqәli Xәbәrlәr