Netanyahu böhranı fürsətə çevirdi

İstefa verən İsrail Müdafiə naziri Moşe Yalon ilə münaqişəyə girən Baş nazir Binyamin Netanyahu böhranı fürsətə çevirdi.

495067
Netanyahu böhranı fürsətə çevirdi

 Koalisiya hökumətində kreslo sayını artırmaq istəyən Baş nazir Netanyahu Müdafiə naziri vəzifəsini həddindən artıq sağçı siyasətçi Aviqdor Libermana təklif etdi.
 
 Netanyahu "yaranan inamsızlıq mühiti"ni əsas göstərərək istefa verən Yalona Xarici İşlər naziri vəzifəsinin təklif edildiyini önə sürdü.
 
 Fələstində törədilənləri  on illər əvvəl Almaniyada yaşananlara bənzətdiyi üçün ölkədə hədəfə çevrilən Baş Qərargah rəis müavininin arxasında duranYalon siyasəti də buraxdığını bildirərək: "Təəssüflə deyim ki, prinsip və peşəkarlıq məsələlərində Baş nazir, bəzi hökumət üzvləri və millət vəkilləri ilə aramızda güclü anlaşılmazlıqlar yarandı" dedi.
 
 Nazirlik təklif edilən İsrail Evimiz Partiyasının sədri, ifrat sağçı Aviqdor Libermanın hökumətə daxil olacağı xəbəri Fələstində narazılıqla qarşılandı.
 
 Libermanın  hökumətə girməsi İsrailin sülh əvəzinə işğala üstünlük verməsinin əlaməti kimi şərh olundu.



Әlaqәli Xәbәrlәr