Hizbullah Suriyadakı mövcudluğunu gücləndirəcəyini açıqladı

Hizbullah Suriyadakı mövcudluğunu gücləndirəcəyini və münaqişələr üçün bölgəyə daha çox lider göndərəcəyi barədə açıqlama verdi

494830
Hizbullah Suriyadakı mövcudluğunu gücləndirəcəyini açıqladı

Hizbullah Suriyadakı mövcudluğunu gücləndirəcəyini və münaqişələr üçün bölgəyə daha çox lider göndərəcəyini açıqladı.
 
 Açıqlamanı təşkilatın lideri Həsən Nasrallah verdi.
 
 Nasrallah Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsind, keçən həftə Suriyanın paytaxtı Dəməşq yaxınlığında öldürülən,hərəkatın ikinci lideri kimi tanınan Mustafa Bədrəddini anma mərasimində canlı bağlantı ilə iştirakçılara müraciət etdi.
 
 Suriyada itkilərinin çox olduğunu, lakin müdaxiləyə davam edəcəklərini bildirən Nasrallah: " Verdiğimiz itkilər bizi ruhdan salmayacaqdır. Bu itkilər bizi daha da güclü olmağa sövq edir" dedi.
 
 Livan əsilli lider Suriyada qalacaqlarını və buraya daha çox lider göndərəcəklərini bildirərək: Bu müharibəyə son qoyacağıq" İfadəsini işlətdi.
 
 Livanın Şiə təşkilatı Hizbullah Rusiya və İran ilə birlikdə Suriya ordusuna böyük dəstək verir.
 
 Suriyada 5 il davam edən müharibədə təşkilat təxminən 1200 əsgərini itirib.



Әlaqәli Xәbәrlәr