Filippində konstitusiya dəyişikliyi məsələsinə sərt reaksiya

Filippində mayın 9-da keçirilən prezident seçkisinin qalibi Rodrigo Dutertenin ərazilərə muxtariyyət planı və  Bangsamoro Təməl Qanunu ləğv ediləcək.

494824
Filippində konstitusiya dəyişikliyi məsələsinə sərt reaksiya


 Müsəlmanların əksəriyyətdə olduğu cənub bölgəsinin liderləri yeni məclisin sədri olaraq təyin olunması gözlənilən Pantaleon Alvarezin Dutertenin konstitusiya dəyişikliyi ilə əyalətlərin hüquqlarının artırılması istiqamətindəki planının Bangsamoro bölgəsinə də tətbiq ediləcəyi barədə söylədiklərinə reaksiya göstərdilər.
 
 "Philippine Daily"nin verdiyi xəbərə görə, Moro İslami Qurtuluş Cəbhəsinin başməruzəçisi Mohagher Ikbal hökumətin Bangsamoro Təməl Qanununu ləğv edə bilməyəcəyini bildirdi.
 
 Hər iki tərəfin imzalanan razılaşmaya sadiq qalmasının zəruriliyini vurğulayan İkbal:"Bu, baş verməyəcək. Sülh prosesinin tətbiq edilməsi məsələsində israrlı olacağıq" dedi.
 
 Pantaleon Alvarez isə, nəzərdə tutulan qanunun mahiyyətinin federal quruluşa uyğun olduğunu qeyd etdi.
 
Qeyd edək ki, Filippin hökuməti və Moro İslami Qurtuluş Cəbhəsi arasında 27 mart 2014-cü ildə imzalanan Bangsamoro Sülh Müqaviləsindən sonra Mindanaoda  davamlı sülhün bərqərar olmasını nəzərdə tutan Bangsamoro Təməl Qanununun qəbul edilməsi üçün işlər davam edib.
 
 Keçid Komissiyası tərəfindən hazırlanan yekun qanun layihəsi prezident tərəfindən 10 sentyabr 2014-cü ildə Filippin Konqresinə təqdim olunub, ancaq bu günə qədər təsdiq edilməyib.
 
 Qanun qəbul edildiyi halda, Mindanao Muxtar Bölgəsinin yerinnə Bangsamoro Siyasi Birliyi vilayətlərinin müəyyən edilməsi üçün ümumxalq səsverməsinə gediləcək.



Әlaqәli Xәbәrlәr