Aİ ölkələri sərbəst viza müqavilələri ilə bağlı "əyləc mexanizmi"ni təklif edirlər

Avropa İttifaqı ölkələri viza sərbəstliyi müqavilələrinin təxirə salınmasını təmin edəcək "əyləc sistemi" üçün Avropa Parlamenti ilə danışıqlara başlamağa qərarı verdi.

494817
Aİ ölkələri  sərbəst viza müqavilələri ilə bağlı "əyləc mexanizmi"ni təklif edirlər

  Aİ Ədliyyə və Daxili İşlər nazirlərinin Brüsseldəki növbədənkənar iclasında Aİ Komissiyasının viza sərbəstliyinin zəruri hallarda təxirə salınmasını asanlaşdıracaq "əyləc mexanizmi" təklifi ilə mayın 18-də  Türkiyə-Aİ anlaşması məsələləri müzakirə olundu.
 İclasda Aİ-nin zəruri hallarda viza sərbəstliyinin təxirə salmasını asanlaşdıracaq bir mexanizm yaradılmasına aid təklif müsbət qarşılandı.
  Avropa İttifaqı dövri sədri, Hollandiyanın Miqrantlar üzrə naziri Klaas Duykxof alınan qərarla bağlı: "Sərbəst viza həm Aİ, həm də üçüncü ölkələr üçün böyük üstünlükdür. Ancaq bundan sui-istifadə edilməməsi üçün təcili "əyləc mexanizmi" lazımdır. Bu məsələ ilə əlaqədar razılıq əldə etdiyimiz üçün çox şadam", - dedi.

 Təklifə görə, Aİ Komissiyası hər bir ölkəyə tətbiq olunan viza sərbəstliyinin ləğvi barədə qərar verə biləcək. Belə ki, viza məsələləri ilə əlaqədar əməkdaşlığın azalması, Aİ-yə bir ölkə ərazisindən digər ölkə vətəndaşlarının qaçaq yollarla girişinin artması, üzv dövlətlərin təhlükəsizliklərinə qarşı risklərin yüksəlməsi, sərbəst vizası olan ölkənin vətəndaşlarının qeyri-qanuni olaraq Şengen üzvü ölkələrində müddətindən uzun qalmaları kimi hallarda bu mexanizm operativ şəkildə dövrəyə girəcək və sərbəst viza rejimi dayandırılacaq.



Әlaqәli Xәbәrlәr