“İsrail inşaatı dayandırandan sonra sərhədçəkmə mərhələsinə keçə bilərik”, M.Abbas

Fələstin prezidenti Mahmud Abbas iki dövlətli həlli qəbul ediləcəyi təqdirdə İsraillə müzakirə masasına oturmağa hazır olduqlarını bildirib

493150
“İsrail inşaatı dayandırandan sonra sərhədçəkmə mərhələsinə keçə bilərik”, M.Abbas

   M.Abbas İsrailin Meretz Partiyasının sədri Moss Razın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdən sonra verdiyi açıqlamada Fələstin prezidenti deyib: "Biz hər zaman bunu söyləyirik: İsrail hökuməti yəhudi yaşayış məntəqəsi inşaatını dayandırarsa, sərhədlərin çəkilməsi mərhələsinə keçə bilərik. Bundan sonra öz sərhədləri içində istədiyi kimi inşaata davam edə bilərlər”.

  Mahmud Abbas Fransanın Fələstin-İsrail probleminin həlli üçün başladığı cəhdi dəstəklədiklərini də qeyd edib.

  Xatırladaq ki, Fransa Xarici İşlər naziri Jan Mark Ayrault mayın 30-u paytaxt Parisdə İsrail-Fələstin məsələsinin müzakirə olunacağı beynəlxalq konfrans təşkil ediləcəyini, danışıqlara Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası daxil olmaqla təxminən 20 ölkədən nümayəndələrin qatılacağını bildirmişdi. Nazir ötən həftə İsrail və Fələstinə gedərək İsrail Baş naziri Binyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla da görüşmüşdü.



Әlaqәli Xәbәrlәr