İsrail ilә Fәlәstin asasında gәrginlik davam edir

İsrail əsgərlərinin İordan Çayının qәrb sahillәrinin  müxtәlif  bölgәlәrindә   Yəhudi yaşayış məntəqələri və Ayrım divarına qarşı keçirilən etiraz  aksiyalarına  müdaxilə  etmәsi  nəticəsində bir fələstinli başından yaralanıb.

490451

Nekbe-nin  68-ci ili münasibətilə İordan Çayının qәrb sahillәrinin  müxtәlif bölgәlәrindә   keçirilәn  aksiyalarda  əcnəbi  aktivistlər də iştirak edib.

Qeyd edәk ki, İsrail әsgәrlәri aksiyaçılara  plastik  güllә  vә  gözyaşardıcı qazla müdaxilә edib. 

Fәlәstin Xalq Müqavimәt  Komitәlәri tәrәfindәn  verilәn yazılı  açıqlamada bildirilib ki,   Nablus şәhәrinin qәrbindәki  Kafr Kadum  bölgәsindә  keçirilәn aksiyada  bir fәlәstinli İsrail әsgәrlәrinin atdığı plastik güllә nәticәsindә başından yaralanıb.

 Ramalahın  qәrbindәki Bilin kәndindә isә aksiyada iştirak edәn  Fələstin Xalq Müqavimət Komitələrinin Bilin üzrә  Koordinatoru Abdulla Əbu Rahme  ilə əcnəbi əsilli bir aktivist  İsrail әsgәrlәri tәrәfindәn saxlanılıb.

Әlaqәli Xәbәrlәr