Fransa DİN rəhbəri əmək qanunu ilə bağlı etirazlar zamanı min nəfərin saxlanıldığını bildirib

Fransa Daxili İşlər naziri Bernard Kaznev, ölkədə böyük mübahisə yaradan əmək qanunu ilə bağlı etirazlar zamanı artıq min nəfərin nəzarətə alındığını bildirib.

490486

Nazir qeyd edib ki, son bir neçə həftə ərzində dövlətə qarşı çıxan nümayişçilər məhkəməyə çıxarılacaqlar. 

Nümayişlərdə qarşıdurma yaradıb, təhlükəsizlik qüvvələrinə hücum edənləri qınayan  Müdafiə naziri, polisin vəzifəsini məsuliyyətlə yerinə yetirdiyini bildirib. 

Qeyd edək ki, mübahisəli qanun layihəsi, sərt reaksiyalara baxmayaraq Parlamentdə qəbul edilib, Senatda səsə qoyulması gözlənilir. 

Qanuna görə, gün ərzində maksimum 10 saat olan iş müddəti 12 saat olacaq, əmək müqaviləsində dəyişiklik etmək istəyən işçilər işdən çıxarıla biləcək.

Etiketlәr: #fransa , #Bernard Kaznev

Әlaqәli Xәbәrlәr