İraqda bombalı hücum törәdilib

İraqın paytaxtı Bağdadın şərqindəki Sədr bölgəsindә hәyata keçirilәn   bombalı  hücum  nәticәsindә  34 nəfər  hәyatını itirib, onlarla  insan yaralanıb.

488715
İraqda bombalı hücum törәdilib

İraqın paytaxtı Bağdadın şərqindəki Sədr bölgəsindә hәyata keçirilәn   bombalı  hücum  nәticәsindә  34 nəfər  hәyatını itirib, onlarla  insan yaralanıb.

Әldә olunan mәlumata görә hücum  bomba yüklü avtomobil ilә törәdilib.

Polis  hücumun törәdildiyi  bölgәdә  tәhlükәsizlik tәdbirlәrini güclәndirib.

Hucum nәticәsindә yaralanan vәtәndaşların   әl-Kadisiyyә vә әl-Kindi xәstәxanalarına yerlәşdirildiklәri bildirilir.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.

Terror tәşkilatı  DEAŞ Sәdr sәmtindә  fevral ayında da intihar hücumu hәyata keçirmişdi, nәticәdә  70  nәfәr hәyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr