Filippindǝ prezident seçkisi keçirilir

5 namizǝdin mübarizǝ apardığı prezident seçkiləri günündə baş verən atışma nəticəsində 7 nəfər ölüb. Yenilǝnib

486744
Filippindǝ prezident seçkisi keçirilir

Filippində prezident seçkiləri günündə baş verən atışma nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb.

Əldǝ   edilǝn  mǝlumata  görǝ  hadisǝ, paytaxt Manila şəhəri yaxınlığında, seçki dairələrinin açılmasına bir neçə saat qalmış qeydə alınıb.

Qeyd olunur ki, ilin əvvəlindən ölkədə siyasi motivlərlə əlaqədar azı 15 nəfər həyatını itirib.

5 namizǝdin mübarizǝ apardığı prezident seçkilǝri ilǝ dövlət başçısından başqa, vitse-prezident, senatorlar və bələdiyyə başçıları da daxil olmaqla 18 min yerli idarəçi də müǝyyǝn olacaq.

Dövlət Başçılığı kürsüsü uğrunda mübarizǝ aparan namizədlərdən 71 yaşlı Rodrigo Digong Dutertenin qǝlǝbǝ qazanacağı proqnozlaşdırılır.

Qeyd edǝk ki, 54 min qeydiyyatlı seçiciyǝ sahib ölkǝnin ən əhəmiyyətli problemləri arasında iqtisadiyyat, cinayətlǝrdǝ artım, korrupsiya, yoxsulluq və Cənubi Çin dənizində Pekin ilǝ torpaq mübarizǝsi yer tutur.

Seçki sǝbǝbindǝn ölkǝdǝ təhlükəsizlik tədbirləri güclǝndirilib. Hǝmin mǝqsǝdlǝ 100 min polis vǝzifǝlǝndirilib.



Әlaqәli Xәbәrlәr