Johnson & Johnson  55 milyon dollar təzminat cəzasına məhkum edildi

Amerika Birləşmiş Ştatlarının ən böyük gigiyena vasitələri və dərman istehsalçılarından biri olan  Johnson & Johnson  şirkətinə 55 milyon dollar təzminat cəzası verildi.

483332
Johnson & Johnson  55 milyon dollar təzminat cəzasına məhkum edildi

  Missouri ştatında  Gloria Ristesund adlı qadının qaldırdığı iddia əsasında hakimlər şirkəti, istehsal etdiyi talk kirşanının qadınlarda yumurtalıq xərçənginə səbəb olması ilə əlaqədar bu cəzaya məhkum etdlər.

 Eyni səbəblərlə haqqında 1200-dən çox iddia qaldırılan şirkət müştərilərini məhsulun riskləri mövzusunda kifayət qədər məlumatlandırmamaqda günahlandırılır.
 
 Məhkəmə qərarının açıqlanmasından sonra Conson & Conson səhmləri New York birjasında 1%-ə yaxın dəyər itirib.
 
 Conson & Conson isə alınan qərar barədə şikayət vəsadəti qaldıracağını bildirir.
Şirkətin sözcüsü Carol Goodrich məhkəmə qərarının talk kirşanı ilə əlaqədar 30 il fasiləsiz aparılan tədqiqatlara zidd olduğunu bildirərək, "məhsullarının təhlükəsiz olmas"ı tezisini müdafiə etməyə davam edəcəklərini söylədi.
 
 Conson & Conson əleyhinə fevral ayında da yenə talk kirşanı ilə bağlı cinayət işi açılmış və məhkəmə şirkəti 72 milyon dollar təzminat ödəməyə məhkum etmişdi.

 



Әlaqәli Xәbәrlәr