İsrailin fələstinlilərə qarşı hüquq pozuntusu davam edir

Fələstinli jurnalist Ömər Nazzalı Dünya Mətbuat Azadlığı günündə heç bir hüquqi səbəb olmadan həbs edən İsrail İordan çayının qərb sahilində isə Zid Emirin evini dağıdıb.

483297

Buna səbəb olaraq isə Zid Emirin oktyabr ayında İsrail sakini 2 nəfərə edilən hücumda onun da iştirak etməsi göstərilir.

Emirin İordan çayının qərb sahilindəki bina evi əsgərlər tərəfindən dağıdılaraq ailəsi evsiz buraxılıb.

İsraildən bir hüquq pozuntusu da Dünya Mətbuat Azadlığı günündə edilib.

Jurnalist Ömər Nazzal 4 ay müddətinə həbs edilib.

Fələstin Jurnalistlər Federasiyası üzvü və el Yevm televiziyası işçisi olan Nazzalın heç bir qanun pozuntusu olmayıb.

Nazzal şübhəlilərin məhkəmə prosesi olmadan və davamlı olaraq həbsdə olmalarını nəzərdə tutan İnzibati Nəzarət çərçivəsində yaxalanıb.

İsrail eyniylə bu İnzibati Nəzarət bəhanəsi ilə 19 jurnalisti həbsdə saxlayır.

Әlaqәli Xәbәrlәr