Çin-Yaponiya arasında xarici işlər nazirlәri səviyyəsində görüş keçirilib
Çin XİN rәhbәri Vanq Yi rəsmi görüşlәr çərçivəsində Çində olan Yaponiyalı hәmkarı Fumio Kişida ilə paytaxt Pekindəki Diaoyütay Dövlət qonaq evindә görüşüb.
481432
Görüşdə, Vanq, Çin və Yaponiyanın qonşu ölkələr olduğunu vurğulayaraq:
‘‘Çin Yaponiya ilə sağlam və sabit əlaqəlәr yaradmaq istəyir" deyib.
Kişidanın səfərinin Çin-Yaponiya münasibətlərinә tәkan vermәsinә ümid etdiklərini vurğulayan Vanq tərəflərin qarşı-qarşıya gəlmək əvəzinə əməkdaşlıq etməsi lazım olduğunu bildirib.
Kişida da Vanq ilə görüşündə tərəflərin siyasi olaraq daha çox rəsmi səfərlәr həyata keçirməsini arzulayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.