Telekanalın Bağdaddakı bürosu bağlanıb

Qǝrardan duyulan tǝǝccübü dilǝ gǝtirǝn telekanalın rǝsmilǝri ǝsaslara ǝmǝl etdiklǝrini bildiriblǝr.

480346
Telekanalın Bağdaddakı bürosu bağlanıb

İraq qǝrargahı Qǝtǝrdǝ yerlǝşǝn “Al Jazeera” telekanalının Bağdad bürosunu “yayım ǝsaslarını pozduğu”na görǝ bağlayıb.

Hökumǝtin 2014-cü ildǝ müǝyyǝnlǝşdirdiyi ǝsasları pozmaqda günühlandırılan “Al Jazeera”nın İraqda fǝaliyyǝt göstǝrmǝ sǝnǝdi dǝ lǝğv edilib.

Qǝrardan duyulan tǝǝccübü dilǝ gǝtirǝn telekanalın rǝsmilǝri isǝ ǝsaslara ǝmǝl etdiklǝrini bildiriblǝr.

Yayımlanan açıqlamada bildirilib ki, İraq xalqına Әrǝb dünyasındakı vǝ bütün dünyadakı izlǝyǝnlǝrǝ İraqla ǝlaqǝli xǝbǝrlǝri yayımlamaqda davam edǝcǝyik.

İnsan haqları qrupları İraq hökumǝti tǝrǝfindǝn  müǝyyǝnlǝşdirilǝn yayım ǝsaslarının jurnalistlǝrin üsyançı qrupları izlǝmǝsini mǝhdud etdiyini vǝ xǝbǝrlǝri hökumǝt qüvvǝlǝrini müsbǝt göstǝrǝcǝk şǝkildǝ yazmalarını vacib hala gǝtirdiyini söylǝyirlǝr.

İraq hökumǝti 2013-cü ildǝ “Al Jazeera” ilǝ peyk vasitǝsilǝ yayım aparan 9 telekanalı şiddǝt hadisǝlǝrini artıran mǝzhǝb tǝrǝfdarı yayımlar aparmaqda günahlandırmışdı.



Әlaqәli Xәbәrlәr