Misirdə etiraz nümayişləri

Misirdə  Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə etiraz əlaməti olaraq ötən gün təşkil edilən nümayişlərdə 423 nəfər nəzarətə götürülüb.

478903
Misirdə etiraz nümayişləri

Beynəlxalq Ədliyyə Komitəsinin məlumatına görə nümayişlər 21 bölgədə həyata keçirilən nümayişlərdə nəzarətə götürülənlərin sayı 3 il əvvəl Rabiatul Adeviyye Meydanındaki nümayişlərdə saxlanılanlardan sonra ən yüksək say göstəricidir.

Nümayişçilər dövlət başçısı Əbdülfəttah Sisini ölkə torpaqlarını Səudiyyə Ərəbistanına satmaqda günahlandırır, Sisi rəhbərliyi isə Qırmızı dənizdəki Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına aid olduğunu, 1950-ci ildə İsrailin hücum edəcəyi təhlükəsi ilə adalara nəzarət etdiklərini iddia edir.

Səudiyyə Ərəbistanı Kralı Səlmanın ötən həftə Qahirəyə səfəri zamanı adaların bu ölkəyə ekstradisiya edildiyi açıqlanmış, milyardlarla dollarlıq yardım paketi səbəbindən bu vəziyyət adaların satıldığı şəklində yozulmuşdu.



Әlaqәli Xәbәrlәr