Suriyada gərginlik davam edir

Suriya ordusunun Hələbin Anadan qəsəbəsində yaşayış məhəlləsinə təşkil etdiyi hava hücumunda 3 nəfər ölüb.

476468
Suriyada gərginlik davam edir

Mülki müdafiə üzrə səlahiyyətlilərin verdiyi məlumata görə orduya aid vertolyotun yaşayış ərazisinə çəllək bombası atması nəticəsində 15 nəfər də yaralanıb. Hücum nəticəsində yanğın meydana gəlib.

Bu arada, Əsəd rejiminə aid MİQ-23 döyüş təyyarəsi vurulub.

Rusiyanın İnterfaks agentliyi təyyarənin texniki səbəbdən qəzaya uğradığını bildirsə də terror təşkilatı DEAŞ təyyarənin onlar tərəfindən vurulduğunu iddia ediblər. DEAŞ pilotun da hazırda əllərində olduğunu deyib.

Suriya İnsan Haqları Bürosu da təyyarənin Şamın cənubunda DEAŞ-ın tabeliyindəki bölgə üzərində vurulduğunu bildirib.



Әlaqәli Xәbәrlәr