Jean-Yves Le Drian: "DEAŞ əhəmiyyətli dərəcədə geri çəkilir"

Fransanın Müdafiə Naziri Jean-Yves Le Drian terror təşkilatı DEAŞ-ın əhəmiyyətli dərəcədə geri çəkildiyini bildirdi.

475245
Jean-Yves Le Drian: "DEAŞ əhəmiyyətli dərəcədə geri çəkilir"

"France İnfo" radio kanalına müsahibə verən Le Drian Suriya və İraqda DEAŞ-ın kökünün kəsiləcəyini, terror təşkilatına qalib gəlmək üçün bigə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Le Drian: "Bunu bildirmək istəyirəm ki, DEAŞ əhəmiyyətli dərəcədə geri çəkilir. DEAŞ-ın Suriya və İraqda işğal etdiyi torpaqların 30-40%-ni itirdiyini düşünürəm" dedi.

Bu təşkilatla mübarizənin nəticələri barədə nikbin olduğunu söyləyən Le Drian: "DEAŞ-ın kökü kəsilə bilər. Qərarlı olmalıyıq" dedi.



Әlaqәli Xәbәrlәr