Əfqanıstanda 21 Taliban üzvü terrorçu öldürülüb

Əfqanıstanın şimalında yerlǝşǝn Kunduz vilayətində təhlükəsizlik qüvvələrinin hǝyata keçirdiyi əməliyyat nǝticǝsindǝ 21 Taliban üzvü terrorçu zǝrǝrsizlǝşdirilib.

474937

25 terrorçunun da xǝsart aldığı ǝmǝliyyatlar davam edir.

Taliban qruplaşmasından verilǝn açıqlamada isǝ baş verǝn qarşıdurmalarda 28 hǝrbçinin öldürüldüyü iddia edilib.

Digər tərəfdən Əfqanıstanın paytaxtı Kabildə hǝyata keçirilən bombalı hücumda 347 nǝfǝrin yaralandığı qeyd edilib.

Əfqanıstanda NATO qoşunlarının 2014-cü ilin sonunda terrorla mübarizə vəzifəsini Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verməsindən sonra baş verǝn terror aktları vǝ toqquşmalar nǝticǝsindǝ 4 mindən çox mülki vətəndaş həyatını itirib.

Әlaqәli Xәbәrlәr