B. Obama Kral Salmanla Suriyada atəşkəsə dəstək üçün razılaşdılar

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ABŞ-Körfəz Əməkdaşlıq Şurası Zirvəsində iştirak etmək üçün getdiyi Səudiyyə Ərəbistanında Kral Salmanla görüşüb.

474965

Barak Obamanın prezidentliyi təhvil vermədən öncə Səudiyyə Ərəbistanına son səfəri iki ölkə arasında gərginliyin davam etdiyi bir şəraitdə baş tutub.

ABŞ-da 11 sentyabr terroru ilə bağlı Səudiyyə Ərəbistanı əleyhinə iddia açıla bilməsinə imkan verən qanun Ər- Riyadda sərt reaksiyalara səbəb olub. Bu gərginlik Obamanın qarşılama mərasimində də özünü göstərib. Kral Salman Obamanı qarşılamaq üçün özü deyil, Ər-Riyad qubernatorunu göndərib.

İki ölkə arasındakı gərginliyə baxmayaraq liderlərdən dostluq və strateji əməkdaşlığın davam etdiyi mesajı gəlib. Liderlər 2 saat davam edən görüşdə Yaxın Şərqdəki gərginlik, Suriya böhranı və DEAŞ terrorunu müzakirə ediblər.

Suriyadakı atəşkəsin davam etməsi üçün dəstək verilməsi məsələsində razılığa gələn tərəflər siyasi keçidə yardım etmək barədə qərar veriblər.

Görüşdə Barak Obama Kral Salmana Səudiyyə Ərəbistanda insan hüquqları pozuntuları ilə əlaqədar narahatlıqlarını də çatdırıb.

Әlaqәli Xәbәrlәr