Hindistanda quraqlıq təhlükəsi

Iki il üst-üstə musson yağışları fəslində lazımı qədər yağış yağmayan Hindistan quraqlıq təhlükəsi yaşayır.

474683
Hindistanda quraqlıq təhlükəsi

Iki il üst-üstə musson yağışları fəslində lazımı qədər yağış yağmayan Hindistan quraqlıq təhlükəsi yaşayır.

330 milyon insanın quraqlıq təhlükəsi ilə üzləşəcəyi Hindistanda xüsusilə 10 əyalət ciddi problemlə qarşı-qarşıyadır.

Vəziyyət o qədər pisləşib ki, bəzi bölgələrdə suyu kupon ilə paylayırlar.

Su quyularının quruduğu kəndlərdəki əhali su tapmaq üçün ətraf bölgələrə səfər etməyə başlayıb.

Hava tempraturunun 45 dərəcəyə qədər çıxdığı Orissoda məktəblər tətil edilib.

Qərbi Benqal əyalətində isə su qıtlığı səbəbilə bir qrup nümayişçi nəqliyyat yolunu bağlayıb.

Maxaraştra əyalətində quraqlıq və isti hava səbəbilə kriket oyunları ləğv edilib.



Әlaqәli Xәbәrlәr