ABŞ-da ərəb dilində danışan tələbə təyyarədən endirildi

Amerika Birləşmiş Ştatlarında yeni bir islamofobiya hadisəsi baş verdi.

473971
ABŞ-da ərəb dilində danışan tələbə təyyarədən endirildi

Telefonda ərəb dilində danışan bir universitet tələbəsi təyyarədən endirildi.

Berkley Universitetinin tələbəsi İraqlı Hayrüddin Makzuminin üstü hamının gözü qarşısında yoxlanıldı. Tələbə Federal İstintaq Bürosu - FBI tərəfindən sorğu-suala çəkildikdən sonra sərbəst buraxıldı.

Hadisə barədə danışan Makzumi: "Təyyarədə yerimə oturdum. Əmimə zəng edərək iştirak etdiyim iclasla bağlı danışmağa başladım. Telefon danışığını "İnşallah" deyərək bitirdim. Öndəki sırada oturan bir qadın dönüb mənə baxan an bir şey olacağını hiss etdim" dedi.

26 yaşlı iraqlı universitet tələbəsi, immiqrant Hayrüddin Makzumi: "İki dəqiqədən sonra göyərtə üzvləri yanıma gəlib dərhal təyyarədən düşməyi tələb etdilər. Çöldə polislər məni gözləyirdi. Söylədiklərimə diqqət etməli olduğumu və mənim üzümdən uçuşun ləngiyəcəyini bildirdilər. Mən də islamofobiyanın ölkəni bu vəziyyətini gətirdiyini dedim" ifadələrini işlətdi.

İslamofobiya sözünü eşidən polislər təlaşla FBI əməkdaşlarını çağırıb və Makzumini sorğuya çəkilblər.

Southwest Hava Yolları təyyarə ekipajının qaydalara uyğun davrandıqlarını bildirir.

Makzumi başqa bir hava yoluna məxsus reyslə Los Angelesdən Oaklanda ​göndərilib.

6 il əvvəl qaçqın olaraq Amerika Birləşmiş Ştatlarına gedən Makzumi hadisə ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyini, ancaq hava yolllarından üzr gözlədiyini bildirir: " Məndən ictimaiyyət qarşısında üzr istənilməsini tələb edirəm. Bu ölkənin belə böyük bir problemi olduğunun biliinməsini istəyirəm"

Bu son hadisə bir çox Qərb ölkəsi kimi Amerika Birləşmiş Ştatlarında da islamofobiyanın nə dərəcəyə gəldiyini gözlər önünə sərir.

Xatırladaq ki,Southwest Hava Yolları daha əvvəl də Somalidən olan müsəlman bir qadının iki kişi arasındakı yerini dəyişdirmək istəməsindən sonra onu təyyarədən endirilməsi ilə bağlı gündəmə gəlmişdi.



Әlaqәli Xәbәrlәr