Yǝmǝndǝ, preziden Hadi ilǝ müxaliflǝri arasında razılıq ǝldǝ olunub

Yəmənin Taiz şəhərində Husilər ilə prezident Abdurabbu Mənsur Hadi tərəfdarı Xalq Müqavimət Gücləri (HDG) atəşkəsǝ sadiq qalınması və şəhərdəki embarqonun qismən qaldırılması mövzusunda razılaşıblar.

472542
Yǝmǝndǝ, preziden Hadi ilǝ müxaliflǝri arasında razılıq ǝldǝ olunub

Taizdǝki atəşkəsin tətbiq edilmǝsini izleme komitəsi, Husilər və HDG qüvvǝlǝri bir araya gəlib. Yığıncaqda tərəflər atəşkəsə riayət etmək, bütün hərbi fəaliyyətlərin dayandırılması, aylardan bəri tətbiq olunan embarqonun qaldırılması, Sǝna-Taiz və HUDEY-Taiz yolunun açılması, xalqın və ticarət mǝhsullarının dövranına mane olunmaması mövzusunda razılaşıb.

Qeyd edǝk ki, Taiz, bir ildən çoxdur, milli ordu, HDG qüvvǝlǝri, Husilər və keçmiş prezident Əli Abdullah Saleh arasında yaşanan qarşıdurmalara səhnə olur.



Әlaqәli Xәbәrlәr