Suriyanın hökumət və müxalifət heyəti Cenevrədə

İsveçrənin Cenevrə şəhərində Suriya ilə bağlı sülh danışıqları davam edir

471904
Suriyanın hökumət və müxalifət heyəti Cenevrədə

Suriyanın rəsmi heyəti Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Steffan De Mistura ilə görüşüb. Heyətin sədri Bəşər Cəfəri Suriya danışıqlarının ikinci turunda onlara təqdim edilən sənədlərdə dəyişiklik təklifləri irəli sürüb, eyni zamanda, Mistura ilə görüşləri səmərəli adlandırıb.

Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Steffan De Mistura suriyalı müxalifətin yaratdığı Ali Müzakirə Komitəsi ilə də ikinci dəfə bir araya gəlib. Heyətin sədri Əsəd Zubi Suriya hökumətinin müzakirə deyil, hərb yolu seçdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr