Misirlilər Tınar və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə etiraz edirlər

Misirdə Tınar və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə qarşı olan minlərlə adam meydanlara axışdı.

471929
Misirlilər Tınar və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə etiraz edirlər

Paytaxt Qahirə, İskəndəriyyə, Şarkiyye və Dimyat şəhərlərində cümə namazından sonra etiraz aksiyaları keçirildi.

"Torpaq Namusdur" şüarını səsləndirən nümayişçilər paytaxt Qahirənin müxtəlif nöqtələrində toplaşdılar.

Jurnalistlərin Həmkarlar İttifaqının qarşısında 2 minə yaxın nümayişçi iştirak etdi.

Polis bəzi yerlərdə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi, təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma baş verdi, 67 nəfər saxlanıldı.

Qeyd edək ki, Qırmızı dənizdəki Tiran və Sanafir adaları Səudiyyə Ərəbistanı Kralı Salmanın Qahirəyə keçən həftə etdiyi səfəri zamanı imzalanan yeni dəniz sərhədi razılaşması ilə Səudiyyə Ərəbistanına verilmişdi.



Әlaqәli Xәbәrlәr