Ərəb Birliyindən fələstinlilərə dəstək

Ərəb Birliyi məhbus fələstinlilər məsələsinin beynəlxalq arenaya daşınması və İsrailin beynəlxalq normaları pozması ilə əlaqədar beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün çağırış etdi.

471725
Ərəb Birliyindən fələstinlilərə dəstək

Birlik 17 apreldə keçiriləcək Fələstinli Əsirlər Günü münasibətilə yaydığı bəyanat İsrail həbsxanalarında olan məhbus fələstinlilərin birliyin ən mühüm məsələləri arasında yer aldığını bildirilir.

Beynəlxalq cəmiyyətdən məhbus fələstinliləri azadlığa buraxması və beynəlxalq qərarları tətbiq etməsi üçün İsrailə təzyiq göstərməsi tələb edilən bəyanatda məhbus fələstinlilərin səhhəti məsələsində səhlənkarlıq edən İsrail,ola biləcəklərdən məsul tutulur.

İşgəncəni qanuni qəbul edən yeganə dövlətin İsrail olduğu bildirilən bəyanatda hazırda 480-i uşaq, 68-i qadın və 6-sı millət vəkili olaraq, təxminən 7 min fələstinli məhkumla yanaşı 700-dən çox inzibati məhkumların İsrail həbsxanalarında olduğu ifadə edilir.



Әlaqәli Xәbәrlәr