"Peabody Energy" kömür şirkəti müflisləşir

Mərkəzi ofisi ABŞ-da olan və 26 ölkədə fəaliyyət göstərən dünyanın ən böyük kömür şirkəti "Peabody Energy" müflisləşmənin astanasında olduğunu bildirdi.

470804
"Peabody Energy" kömür şirkəti müflisləşir

Özəl şirkət kömür sektorundakı durğunluq və dövlət sektorundakı nəzarətlərə görə, borclarına olan ödəmələrinin və borclarının yenidən müəyyənləşdirilməsi üçün iflas məhkəməsinə müraciət etdiyini açıqladı.

"Peabody Enerji"dinin açıqlamasında şirkətin son üç ildə iş qüvvəsinin 20% azaltmasına baxmayaraq, hələ də 10,1 milyard dollarlıq borcu olduğu bildirilir.

Açıqlamada: "Son illərdə dünya miqyasında kömür sənayesinə indiyədək görülməyən amillər təsir edir" ifadəsi ilə indiyədək tez-tez keçirilən ekoloji yoxlamalara, ABŞ-da qaya qazı istehsalının sürətli artımına və qlobal miqyasda kömürə olan tələbatın azalmasına işarə edilir.

"Peabody Energy"nin İcraçı Direktoru Glenn Kellow da " Şirkətin borc yükü ilə əlaqədar iflas məhkəməsində həll axtaracağıq" dedi.



Әlaqәli Xәbәrlәr