Çində kran müvəqqəti tikintinin üzərinə düşdü

Çinin cənubundakı Guangdong əyalətində bir tikinti meydançasındakı kranın müvəqqəti tikilinin üstünə düşməsi nəticəsində 18 nəfər həlak oldu.

470743
Çində kran müvəqqəti tikintinin üzərinə düşdü

Rəsmilər Dongguan şəhərində dünən 80 tonluq kranın bir tikinti sahəsində işçilərin qaldığı müvəqqəti tikilinin üstünə düşməsi nəticəsində 18 nəfərin də yaralandığı barədə məlumat verdilər.

Xəstəxanaya aparılan yaralılardan 4-nün vəziyyəti ağırdır.

Xilasetmə briqadasının sözçüsü Lua Binin sözlərinə görə, qəza zamanı müvəqqəti tikililərdə 139 nəfər olub və onların əksəriyyəti qaçaraq canlarını qurtara biliblər.



Әlaqәli Xәbәrlәr