Əl-Cǝzirǝ ABŞ-dakı telekanalını bağlayıb

Mərkəzi Qǝtǝrdǝ olan yayım orqanı Əl-Cəzirə qrupu, ABŞ-da 3 il ǝvvǝl başlatdığı yayım həyatına son qoyub. Qrup ABŞ-dǝn veriliş aparan kanalını bağlayıb.

470018
Əl-Cǝzirǝ ABŞ-dakı telekanalını bağlayıb

Əl-Cəzirə yayım orqanının ABŞ üzrǝ direktörü Al-Anstey, yanvar ayında işçilǝrǝ göndərdiyi elektron məktubda, ABŞ media bazarında maliyyǝ problemlǝrlǝ üz-üzǝ gǝldiklǝrini, bu sǝbǝblǝ kanalın Aprel ayında bağlanacağını bildirmişdi.

Telekanalın işçiləri, xəbər mərkəzində birlikdǝ çǝkdirdiklǝri fotoşəkili, Əl Cəzirə Amerikanın twitter hesabında yerlǝşdiriblǝr vǝ bu gündǝn tutmuş yayımın dayandığını bildiriblǝr.

Qeyd edǝk ki, Kanalın bağlanmasıyla təxminən 700 işçi işsiz qalıb.



Әlaqәli Xәbәrlәr