İtaliya iki gündə 4 minə yaxın qaçqınının xilas olunduğunu bildirdi

Avropa İttifaqı ilə Türkiyə arasında qaçqınlar barədə əldə olunan razılaşmadan sonra Aralıq dənizini keçərək İtaliyaya girməyə çalışan qaçqınların sayı artır.

469876
İtaliya iki gündə 4 minə yaxın qaçqınının xilas olunduğunu bildirdi

İtaliya sahil təhlükəsizlik qüvvələrinin əməkdaşları Siciliya boğazında bazar ertəsi günü 1850 , çərşənbə axşamı günü isə 2 min 154​ qaçqının xilas edildiyini açıqladı.

İtaliya rəsmiləri Avropa İttifaqı Sərhəd Təhlükəsizlik Birləşmələri - "Frontex"in də xilasetmə işlərinə qatıldığı barədə məlumat verdilər.

Avropa İttifaqı ilə Türkiyə arasında 4 minə yaxın qaçqın​dan sonra​ qaçqınlar təhlükəli marşrut olan Liviyadan İtaliyaya keçməyə çalışırlar.

Bu arada, Avropa İttifaqı ilə sentyabr ayında əldə olunan razılaşmaya baxmayaraq İspaniyanın bu günə qədər yalnız 18 immiqrant qəbul etməsini Brüssel sərt tənqid edib. Mart ayında keçirilən görüşlərdə İspan hökuməti məsələ ilə bağlı fəaliyyətlərini sürətləndirəcəyini və həmin ay 467 immiqrant qəbul edəcəyini öhdələrinə götürmüşdü.

Bu müddətdən 2 həftə keçməsinə baxmayaraq İspaniya hələ də verdiyi sözə əməl etməyib.

Yalnız Avropa İttifaqı deyil, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və müxtəlif Avropa təşkilatları da immiqrantlar mövzusundakı "iradə yetərsizliyi" səbəbindən İspaniya rəhbərliyini qınayır.



Әlaqәli Xәbәrlәr