Şimali Koreya casusu fərarilik edib

Şimali Koreyada casusluq əməliyyatlarını icra edən yüksək səviyyəli hərbi səlahiyyətli fərarilik edərək Cənubi Koreyaya sığınıb.

469182
Şimali Koreya casusu fərarilik edib

Şimali Koreyada casusluq əməliyyatlarını icra edən yüksək səviyyəli hərbi səlahiyyətli fərarilik edərək Cənubi Koreyaya sığınıb.

Cənubi Koreya Müdafiə Nazirliyinin verdiyi məlumatda Şimali Koreyanın Ümumi Kəşfiyyat Bürosunda casusluq əməliyyatlarını icra edən yüksək rütbəli hərbçinin fərarilik edərək Cənubi Koreyaya sığındığı bildirilir.

Nazirlik şəxsiyyəti gizli saxlanılan polkovnikin Şimali Koreyadan keçən il fərarilik etdiyini deyib. Casus zabitin qaçması Şimali Koreyada indiyə qədər reallaşan ən yüksək səviyyəli zabitin fərariliyi kimi qeyd olunur.

Seul hökumətinə görə, Koreya müharibəsinin sona çatdığı 1953-cü ildən bu yana Şimali Koreyadan 29 min nəfər fərarilik edərək Cənubi Koreyaya sığınıb.



Әlaqәli Xәbәrlәr