D.Kemeron Panama sənədləriylə bağlı açıqlama verib

Panama sənədləri Avropa İttifaqı üzvlüyünü xalq səsverməsinə qoymağa hazırlaşan İngiltərə hökumətini daha da çətinə vəziyyətə salıb

469726
D.Kemeron Panama sənədləriylə bağlı açıqlama verib

Atasının Panamadakı “offshore" hesablarına görə tənqid hədəfi olan Baş nazir Devid Kemeron Parlamentin alt qanadı Avam Kamerasında millət vəkillərinin Panama sənədlərilə bağlı suallarını cavablandırıb.

Kemeron Baş nazir, maliyyə naziri və müxalif liderlərin ödədikləri vergilərin hesabatının uyğun olduğunu, amma bunun bütün millət vəkillərinə şamil edilməsinin tərəfdarı olmadığını bildirib və deyib: "Hər bir ingilis vətəndaşının qanuni yollarla pul qazanmaq haqqını qorumalıyıq."

Beynəlxalq vergi qaçaqçılığı və korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni qaydaların qanuniləşdirilməsinə toxunan ingilis lider: “Ödəyicilərin vergi qaçırmasına köməkçi olan şirkətlərə cinayət sanksiyaları tətbiq edilməlidir", deyib.

Atasına istiqamətli şifahi hücumlarla bağlı isə İngiltərə Baş naziri Kemeron əvvəlcə atasının “off-shore" fonunda bir payı olmadığını demişdisə də, daha sonra bu fonda atası ilə dostunun pay sahibi olduqlarını və paylarının da 2010-cu ildə Devid Baş nazir olmadan əvvəl satdıqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr