Angela Merkel :"Türkiyə Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar böyük bir yük daşıyır"

Almaniya kansleri Angela Merkel qaçqın probleminin həllinin həm Türkiyənin, həm də Avropa İttifaqının xeyrinə olduğunu bildirərək Türkiyənin Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar böyük bir yük daşıdığını söylədi.

469777
Angela Merkel :"Türkiyə Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar böyük bir yük daşıyır"

Merkel Baş Meksika Prezidenti Enrique Pena Nieto ilə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında: "Bu problemə siyasi həll tapılmasının həm Türkiyə, həm də Aİ, beləliklə, Almaniyanın da xeyrinə olduğunu hesab edirəm. Miqrasiya hərəkatının qanuniləşdirilməsi və yük mübadiləsinin təmin edilməsi vacibdir. Türkiyə Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar olaraq böyük bir yük daşıyır" dedi.

Hazırladığı satirik proqramda prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən Yan Böhmermann haqqında Türk hökumətinin cinayət işi açılması məsələsi ilə əlaqədar təşəbbüsü haqqında nə düşündüyü sualına Merkel bu cavabı verdi: "Türk hökumətindən məsələ ilə bağlı bir nota aldıq. Bu məsələ aralarında Baş nazirin də olduğu əlaqədar nazirliklərdə müzakirə edilir. Məsələni diqqətlə araşdırırıq və yaxın günlərdə tamamlayacağımızı da demişdik. "



Әlaqәli Xәbәrlәr