Almaniyada 5 min 832 qaçqın uşaq itkin düşüb

Almaniyaya ötәn il gedәn az yaşlı qaçqının 5 min 832-si itkin düşmüş kimi qeydiyyata alınıb.

468837
Almaniyada  5 min 832  qaçqın uşaq itkin düşüb

Almaniya DİN rәhbәrliyinin mәlumatına görә, itkin düşmüş qaçqınların 555-in yaşı 14-dә çatmır. Ancaq nazirlik bu uşaqların necә itkin düşdüyünә dair açıqlama vermәyib.

İtkin düşәn qaçqınların әksәriyyәti Әfqanıstan, Suriya, Eritreya, Mәrakәş, Әlcәzair vә​tә​ndaşı vә böyüklәrinin müşayiәt etmәdiklәri uşaqlardır.

Almaniya Federasıyasının Ailә Nazirliyi fevral ayında verdiyi açıqlamada, Almaniyada minlәrlә gәnc vә uşağın itkin düşdüyünә dair iddiaları tәkzib etmişdi.

Nazirlik qeydiyyata alınma zamanı bәzi qaçqınların şәxsi mәlumatlarının birdәn çox dәfә qeydә alındığını daha sonra bu xәtaların üzә çıxarılaraq aradan qaldırıldığını bildirmişdi.

Qeyd edәk ki, altı minә yaxın qaçqınnın itkin düşmәsinә müxalifәt reaksiya göstәrib.



Әlaqәli Xәbәrlәr