Şimali Koreya uzun mənzilli yeni mərmi mühərrikini sınaqdan çıxarıb

Pxenyanın rəsmi xəbər agentliyi “KCNA"nın yaydığı xəbərə görə dövlət başçısı Kim Çen İn Soha Kosmos Mərkəzində yeni qitələrarası ballistik mərmi mühərrikinin sınağında şəxsən iştirak edib.

467665
Şimali Koreya uzun mənzilli yeni mərmi mühərrikini sınaqdan çıxarıb

Şimali Koreya lideri Kim Çen yeni mühərrikin düşmənlərini vurmaq üçün Pxenyanın əlində daha güclü bir yol olduğunu deyib.

Qeyd edək ki, Pxenyan rəhbərliyi ilin əvvəlində nüvə sınağı həyata keçirmiş və uzun mənzilli raket atmışdı. Şimali Koreyanın yanvarın 6-da hidrogen bombası sınağını gerçəkləşdirdiyi iddiasından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyaları artırmaq barədə qərar vermişdi.

Şura Şimali Koreyanın nüvə fəaliyyətlərini davam etdirməsi səbəbindən bu ölkəyə yeni sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qərar layihəsini qısa müddət əvvəl yekdilliklə qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr