Əsəd rejimi tərəfindən saxlanılan ABŞ vətəndaşı sərbəst buraxıldı

Suriyada Əsəd rejimi tərəfindən saxlanılan Amerika vətəndaşı sərbəst buraxılıb.

467546
Əsəd rejimi tərəfindən saxlanılan ABŞ vətəndaşı sərbəst buraxıldı

ABŞ Dövlət Departamenti həmin şəxsin jurnalist Kevin Patrick Dawes olduğunu açıqlayıb.

Sərbəst jurnalist kimi fəaliyyət göstərən 33 yaşındakı Dawesin 2012-ci ildə Suriyaya keçdiyi bildirilir.

Sərbəst buraxılmasından sonra rus səlahiyyətlilərə təslim edilən Dawes Moskvaya aparılıb. Rusiya Xarici İşlər Nazirliyi jurnalistin Amerika səfirliyinin səlahiyyətlilərinə təslim edildiyini və ölkəsinə döndüyünü bildirib.

Rusiya XİN-nin açıqlamasında Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Rusiyanın dövlət başçısı Vladimir Putindən Suriyadakı Amerika vətəndaşlarının axtarışlarına kömək etmək istədiyi də ifadə edilib.

Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Mark Toner Dawesin sərbəst bıraxılamsına göstərdiyi köməyə görə rus hökumətinə təşəkkür edib.

Dövlət Departamenti Suriyada saxlanılan və itkin düşən digər Amerika vətəndaşları, jurnalist Ostin Taysızın vəziyyətinə dair məlumatlar əldə etmək üçün danışıqların davam etdiyini də bildirib.



Әlaqәli Xәbәrlәr