Vaşinqtonda etiraz aksiyası

Lafayette Parkında toplanan qrupa bəzi amerikalılar da dəstək veriblər.

466889
Vaşinqtonda etiraz aksiyası

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçiriblər.

Lafayette Parkında toplanan qrupa bəzi amerikalılar da dəstək veriblər.

Əllərində Azərbaycan, Türkiyə və ABŞ bayrağı olan etirazçılar "Ermənistan əsgərləri təcavüzkardır", "Azərbaycandakı qeyri-qanuni işğala qarşı çıxın", "Etnik təmizləmə günahkarı Ermənistan" sözləri yazılmış plakatlar nümayiş etdiriblər.

Azərbaycan diasporunun nümayəndəsi Zaur Bayramlı çıxışında Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğal altında saxladığını xatırladıb. Beynəlxalq ictimaiyyəti işğala son verməyə çağıran Zaur Bayramlı "Dağlıq Qarabağ probleminin həlli yalnız bir yoldan keçir ki, bu da Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsidir. Ermənistanın hücumlarına etiraz etmək üçün Ağ Evin qarşısındayıq, haqq səsimizi dünyaya çatdırmaq üçün buradayıq. Bütün dünyaya mesajımız bu problemin ədalətli bir şəkildə həll edilməsidir "deyə diaspor rəhbəri bildirib.



Әlaqәli Xәbәrlәr