Qaçqınların yaşadığı binada yanğın baş verib

Almaniyanın Reinland-Palz əyalətinin Bingen şəhərində köçkünlərin yaşadığı bir binanın zirzəmisində yanğın baş verib.

466857
Qaçqınların yaşadığı binada yanğın baş verib

Almaniyanın Reinland-Palz əyalətinin Bingen şəhərində köçkünlərin yaşadığı bir binanın zirzəmisində yanğın baş verib.

Tüstüdən zəhərlənən 2-si xilasedici olmaqla 6 nəfər xəstəxanaya yerləşdirilib.

Bingen polisinin məlumatına görə aralarında köçkünlərin də olduğu 31 nəfərin yaşadığı binada baş verən yanğının araşdırılması ilə əlaqədar xüsusi qrup yaradılıb. Hadisənin təxribat olub-olmaması araşdırılır.

Polisin məlumatında hadisənin arxasında sağçı qruplaşmanın olması və yanğın zamanı binanın divarlarında aşkar edilən 3 ədəd xaç işarəsinin bir-biri ilə əlaqəsinin nəzərdən qaçırılmaması ifadə edilir.



Әlaqәli Xәbәrlәr