BMT-dən nüvə terroru xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi-mun terror təhlükəsinin getdikcə böyüdüyünə diqqət çəkərək, kimyəvi, bioloji, radioloji və nüvə materialların daha çox qruplar tərəfindən ələ keçirilə biləcəyi barədə xəbərdarlıq etdi.

467197
BMT-dən nüvə terroru xəbərdarlığı

BMT-nin Cenevrə Ofisində təşkil olunan "Şiddətli Ekstremizmin Qarşısının Alınması" konfransına qatılan Pan Gi-mun DEAŞ və Boko Haram kimi terrorçu qruplar məsələsinə toxunaraq, terrorizmə səbəb olan şiddətli ekstremizmin heç bir din, region, milliyyət və ya etnik qrupla əlaqəsi olmadığını söylədi.

Dünya miqyasında terror qurbanlarının çoxunun müsəlmanlar olduğunu bildirən Baş katib radikal qrupların məqsədinin cəmiyyətləri parçalamaq və qorxunun hökm sürməsini təmin etmək olduğunu ifadə etdi.

Terrorun bənzəri görülməmiş humanitar böhranlara səbəb olduğunu və milyonlarla insanı yurdundan-yuvasından didərgin saldığını bildirən Pan Gi-mun​ terrora qarşı təcili beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr