Qanın dayanması üçün səlahiyyətindən əl çəkdi

Liviyanın paytaxtı Trablusdakı Milli Qurtuluş Hökuməti səlahiyyətini buraxdığını açıqlayıb

465690
Qanın dayanması üçün səlahiyyətindən əl çəkdi

Liviyanın paytaxtı Trablusdakı Milli Qurtuluş Hökuməti ölkədə qanın dayanması və bölünmənin sona çatması üçün icra orqanı olaraq səlahiyyətini buraxdığını açıqlayıb.

Ölkənin Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, Vətənin maraqlarını hər şeydən üstün tutmaq, axan qanı dayandırmaq məqsədilə icra orqanı olaraq vəzifəmizi dayandırırıq".

Açıqlamada Milli Qurtuluş Hökumətinin vəzifələrinin Fayiz Siracın liderliyi ilə qurulan Milli Koalisiya Hökumətinə təhvil verilib-verilməməsinə dair məlumat verilməyib.

Xatırladaq ki, Avropa İttifaqı Şurasından aprelin 1-i verilən məlumatda Liviyanın Baş naziri Xəlifə Guveyl Milli Konqresin sədri Nuri Əbu Sehmen və Tobruk Nümayəndələr Məclisinin rəhbəri Kuveydirə qarşı sanksiya qərarı verildiyi bildirilmişdi. Ölkədə sülh prosesinə zərər verdikləri və koalisiya hökuməti qurulmasına mane olduqlarına görə verilən sanksiya qərarı ilə bağlı liviyalı 3 siyasətçinin Avropa İttifaqı ölkələrinə girişləri qadağan olunmaqla bərabər onların şəxsi mülkiyyətlərində olan əmlakları da nəzarətə alınmışdı. Aralarında Milli Koalisiya Hökumətinin Baş naziri Faiz Siracın da olduğu Şura üzvlərinin 30 mart tarixində Tunisdən dəniz yolu ilə paytaxt Trablusa gəldiyi bildirilmişdi.

Qeyd edək ki, siyasi rəqabətlə yanaşı silahlı qarşıdurmaların da davam etdiyi Liviyada sabitliyin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının liderliyi ilə başlanılan sülh danışıqları nəticəsində Trablus və Tobruk 17 dekabr 2015-ci ildə Mərakeşin Suheyrat şəhərində Liviya siyasi sazişini imzalayıb. Razılaşmanın tələbinə uyğun olaraq Fayiz Siracın rəhbərliyi ilə qurulan Milli Koalisiya Hökuməti Tobruk məclisi tərəfindən veto edilib. Hökumət üçün aprelin 4-də səkkizinci dəfə keçirilən etimad səsverməsi də nəticə verməyib.



Әlaqәli Xәbәrlәr