ABŞ-dan Rusiyaya veto

ABŞ, Rusiyanın İrana "SU-30" qırıcı tǝyyarǝlǝr satmasını nǝzǝrdǝ tutan qǝrarı veto etmǝyǝ hazırlaşır.

465641
ABŞ-dan Rusiyaya  veto

ABŞ-nın siyasi işlər üzrə nazir müavini Tomas Shannon, Senatın Xarici Əlaqələr Komitəsində İrana bağlı təşkil edilən iclasda etdiyi çıxışında, İranın Rusiyadan qırıcı tǝyyarǝlǝr satın almasının qarşısını almaq üçün ölkǝsinin BMT tǝhlükǝsizlik şurasında veto haqqını istifadə edəcəyini bildirib.

Tomas Shannonun sözlǝrinǝ görǝ cari ilin 12-ci ayında sona çatacaq İran sanksiyaları qanun layihǝsinin qüvvǝdǝ qalma müddǝti yenidǝn uzadılacaq.

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Tǝşkilatı, SU-30 təyyarələrinin Fevral ayında İrana tǝhvil verilmǝsinǝ dair razılaşma imzalanacağını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr