Kurtuba Məscidi layiq olduğu adına qovuşdu

İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən və YUNESKO-nun Dünya İrsi Siyahısında yer alan Kurtuba Məscid-Kilsəsindəki təxminən iki il əvvəl qaldırılan "məscid" ifadəsi davam etdirilən böyük mübarizədən sonra yenidən rəsmi olaraq tanındı.

465213
Kurtuba Məscidi layiq olduğu adına qovuşdu

İspaniyadakı hüquqi boşluqlardan istifadə edərək 2006-ci ildə Kurtuba Məscid-Kilsəsinin mülkiyyət hüququnu üzərinə keçirən Katolik Kilsəsi 2014-ci ilin sonunda tarixi abidədəki "məscid" ifadəsini bütün turizm kataloqlardan çıxarıb, yalnız "Kurtuba Kilsə" olaraq adlandırılmasına çalışmışdı.

Təxminən iki il davam edən mübarizə və toplanan 400 mindən çox imza və siyasi mübahisələrdən sonra Kurtuba Məscid-Kilsəsindəki "məscid" ifadəsi təkrar rəsmi olaraq tanındı.

Məscid adının geri qaytarılması üçün böyük bir mübarizə verən "Məscid-Kilsə Platformunun" məsələ ilə bağlı verdiyi yazılı açıqlamada: "Məscid adının yenidən tanınması xalq hərəkatının böyük bir nailiyyəti deməkdir" ifadəsi işlədildi.

İspaniyada müsəlmanların ibadətinə qadağa qoyulan və katoliklər üçün yalnız xüsusi günlərdə ibadətə açıq olan Kurtuba Məscid-Kilsəsi turistik olaraq Əndəlüsün ən gözəl abidələrindən biridir.

İldə təxminən 1,4 milyon insanın ziyarət etdiyi Kurtuba Məscid-Kilsəsi İspaniya iqtisadiyyatına 9 milyon avrodan çox gəlir gətirir.



Әlaqәli Xәbәrlәr