Baş naziri Ömər Kalyoncu istefa verib

Prezident Akıncı, Kalyoncudan tǝlǝb edib ki, yeni hökumətin formalaşacağı müddǝtǝ dǝk vəzifəsinə davam etsin.

465032
Baş naziri Ömər Kalyoncu istefa verib

Şimali Kıbrıs Türk Respublikası Baş naziri Ömər Kalyoncu, koalisiya ortağı olan Milli Birlik Partiya hökumətdən ayrıldıqdan sonra istefa mǝktubunu prezident Mustafa Akıncıya təqdim edib.

Prezident Akıncı, Kalyoncudan tǝlǝb edib ki, yeni hökumətin formalaşacağı müddǝtǝ dǝk vəzifəsinə davam etsin.

Partiya nümayəndələri ilə görüşəcəyini ifadə edən Akıncı, yeni hökumǝtin qıssa müddətdə formalaşdırılmasını arzuladığını qeyd edib.

Şimali Kıbrıs Türk Respublikası Məclisində Respublikaçı Türk Partiyası-Birləşmiş Güclər (CTP-BG) 20, UBP 18, Demokrat Partiya-Milli Güclər (DP-UG) 5, Toplumcu Demokratiya Partiyası (TDP) 3 yerǝ sahibdir. Müstəqil millət vəkili saylı isǝ 4'dür.

Xatırladaq ki, iyul ayında UBP, Respublikaçı Türk Partiyası-Birləşmiş Güclər (CTP-BG) ilə koalisiya hökumətini qurmuşdu.



Әlaqәli Xәbәrlәr