Belçika bombalı hücumun qurbanlarının sayını yenilədi

Belçikada ötən həftə törədilən bombalı hücumlarda 35 olaraq açıqlanan ölü sayı, şəxsiyyətlər müəyyənləşdirildikdən sonra 32 olaraq yeniləndi.

460933
Belçika bombalı hücumun qurbanlarının sayını yenilədi

Hücumlardan1 həftə keçməsinə baxmayaraq, Zevantem hava limanı hələ də bağlıdır.

Hava limanında yeni təhlükəsizlik tədbirləri testləri davam edir.

Testlərdən sonra limitli sayda uçuşa bu həftə ərzində icazə verilməsi gözlənilir.

Parlamentdəki terror təhlükəsi səviyyəsi də 3-dən 4-ə yüksəldildi.

Digər tərəfdən, Hollandiya, Türkiyənin Belçika hücumunun canlı bombalarından biri olan İbrahim el-Bakraouinin ekstradisiyasına dair e-məktubu gec gördüklərini açıqladı.

Hollandiya Təhlükəsizlik və Ədliyyə Naziri məktub oxunan zaman şübhəlinin çoxdan Amsterdama çatmış olduğunu bildirdi.

Nazir: "Türkiyə el-Bakraouinin deportasiya etməzdən əvvəl telefonla məlumat verməli idi" dedi.



Әlaqәli Xәbәrlәr