Yəməndə 14 milyon insanın tibbi yardıma ehtiyacı

Hərbi münaqişələr Yəmənin səhiyyə sisteminin daha da pisləşməsinə səbəb olub.

460105
Yəməndə 14 milyon insanın tibbi yardıma ehtiyacı

Dünya Səhiyyə Təşkilatı Yəməndə səhiyyə sahəsində "böhranlı vəziyyət" barədə xəbərdarlıq edib.

Tǝşkilat bildirib ki, bu ölkədə daha 14 milyon insanın, o cümlədən 2 milyon uşaq və qadının tibbi yardıma ehtiyacı var.

Hərbi münaqişələr Yəmənin səhiyyə sisteminin daha da pisləşməsinə səbəb olub. 19 milyon nəfərin təmiz su və kanalizasiyaya çıxışı yoxdur. Bu da onları qızdırma, malyariya və vəba kimi təhlükəli yoluxucu xəstəliklərlə qarşı-qarşıya gǝtirir.

Tibb müəssisələrinin və həkimlərin çatışmaması, eləcə də hərbi əməliyyatlar nəticəsində binaların 25 faizinin yararsız hala düşməsi vəziyyəti daha da çətinləşdirir. Buna baxmayaraq, DST tərəfindən Yəmən əhalisinə 450 milyon ton dərman verilib, ölkədə mobil klinika açılıb, xəstəxanalar yanacaq və təmiz su ilə təmin olunub, həmçinin 15 yaşdan aşağı 2,4 milyon uşaq qızılca əleyhinə peyvənd olunub.



Әlaqәli Xәbәrlәr