Hollandiyada sarı həyəcan siqnalı
Hollandiyada Kral Meteorologiya İnstitutu (KNMI) sürəti saatda110 kilometr olan və gecədən başlayan fırtına səbəbilndən Şimali və Cənubi Hollandiya və Zeeland bölgələrində sarı həyəcan siqnalı verdi.
459997
Ölkənin sahilləri ilə yanaşı Haaqa və paytaxt Amsterdamda fırtına nəticəsində bəzi evlərin damları uçub, ağaclar devrilib. Avtomobil yolları idarəsi təcili səbəb olmadan yola çıxılmamasını tövsiyyə edib.
Quru və hava nəqliyyatında axsamalar yaradan fırtına səbəbindən ölkənin ən böyük hava limanı Schipholda bəzi təyyarə reyslərində gecikmələr olub.
Ölkədə Pasxa Bayramı münasibətilə planlaşdırılan çoxsaylı tədbirlər keçirilməyib.
Әlaqәli Xәbәrlәr
Nigeriyada silahlı hücum, ölәn vә yaralananlar var
Bu barәdә yerli mәtbuat orqanlarının yaydığı mәlumatda bildirilib.