Usamə Nüceyfin Mosulla bağlı açıqlaması

İraq prezidentinıin yardımçısı Usamə Nüceyfi Türkiyənin indiyə qədər Mosulda çox əhəmiyyətli iş gördüyünü və Türkiyənin dəstəyinə güvəndiklərini söyləyib.

459143
Usamə Nüceyfin Mosulla bağlı açıqlaması

İraq prezidentinıin yardımçısı Usamə Nüceyfi Türkiyənin indiyə qədər Mosulda çox əhəmiyyətli iş gördüyünü və Türkiyənin dəstəyinə güvəndiklərini söyləyib.

Nüceyfi Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun dəvətinə əsasən Türkiyəyə səfər etdiyini və keçirdiyi görüşlərin çox məhsuldar olduğunu vurğulayıb.

Səfərində Mosulun azad edilməsi ilə bağlı qarşıdakı dövrdə göstəriləcək işlərə toxunan Nüceyfi Türkiyənin Mosulun DAEŞ-dan qurtarılması üçün göstərdiyi köməyi çox yüksək qiymətləndirib.

Mosulun DAEŞ-ın işğalından ən yaxın zamanda azad edilməsi üçün Türkiyənin dəstəyinə güvəndiklərini vurğulayan Nüceyfi şiə qüvvələrinin əməliyyata qatılmasına qarşı olduqlarını, Mosul xalqının da bu fikirdə olduğunu və bunun məzhəb qarşıdurmasına gətirib çıxaracağını bildirib.




Әlaqәli Xәbәrlәr