Nigeriyada Boko Haramdan yüzlərlə girov qurtarılıb

Terrorçuların ölkənin şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində təşkil etdiyi hücumlarda son 6 ildə on minlərlə insan həyatını itirib

458455
Nigeriyada Boko Haramdan yüzlərlə girov qurtarılıb

Nigeriyada Boko Haram terror təşkilatının əlindəki yüzlərlə girov Təhlükəsizlik Qüvvələrinin əməliyyatlarıyla xilas edilib.

Nigeriya Ordusunun sözçüsü Borno əyalətində təşkil edilən geniş hərbi əməliyyatlarda Boko Haramın üzvü olan 25 terrorçunun öldürüldüyü, birinin də tutulduğunu bildirib. Qurtarılan girovların sayı 829-dur.

Qeyd edək ki, adı yerli dildə "Qərb tərzində təhsil qadağandır" mənasını verən Boko Haram 160 milyon əhalisiylə Afrikanın ən böyük ölkəsi Nigeriyada 2000-ci illərin başından bəri fəaliyyət göstərir. Təşkilatın ölkənin şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində təşkil etdiyi hücumlarda son 6 ildə on minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr