''Terror təşkilatı DEAŞ-ı yox etmək bizim ǝssas prioritetimizdir''

Bu sözləri ABŞ prezidenti Barak Obama deyib.

457054
''Terror təşkilatı DEAŞ-ı yox etmək bizim ǝssas prioritetimizdir''

ABŞ prezidenti Barak Obama: ''Terror təşkilatı DEAŞ-ı yox etmək bizim ǝssas prioritetimizdir'' deyib.

Argentinaya sǝfǝr edǝn Obama Argentina dövlət başçısı Maurisyo Makri ilə birgə mətbuat konfransı keçirib.

Obama mətbuat konfransında Brüsseldəki terror hücumlarına toxunaraq bildirib ki: "DEAŞ kimi qruplaşmalar bizi yox edə bilməz. Onlar təhlükəli qatil və cinayətkarlardır".

Obama Belçikadakı hücumlarını törǝdǝnlǝrin tutulması və ədalət mǝhkǝmǝsi önünə çıxarılması məsələlərində hər cür yardıma hazır olduqlarını bildirib.

Dünya terrora qarşı birgǝ mübarizǝ aparmalıdır deyǝn Obama DEAŞ-ı İraqdan və Suriyadan çıxarıb məhv etmək üçün döyüşməyə davam edəcəklərini qeyd edib.


Etiketlәr: #Barak Obama , #Argentina

Әlaqәli Xәbәrlәr