Federica Mogherini ilə Staffan de Mistura Cenevrədə bir araya gəlib

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı İsveçrənin Cenevrə şəhərindəki Suriyaya dair apardıqları danışıqlarda DEAŞ və Əl-Qaidə ilə mübarizənin uğursuz olduğunu bildirilib.

457091

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik siyasətinin şəxsi nümayəndəsi Federica Mogherini, Cenevrədə Suriya danışıqları çərçivəsində, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura , Suriya müxalifəti və rejim tərəfdarları ilə ayrı-ayrılıqda görüş keçirib.

Mogherini və də Mistura görüşdin sonra jurnalistlərə məlumat verib.

De Misturanın dəvəti ilə Cenevrəyə gələn Mogherini, Suriyadakı böhranın bütün bölgəyə və Avropaya yayıldığını deyıb.

Mogherini, Suriyayada sülhün bərqərar edilməsi üçün böhranın siyasi yolla həll edilməsinin və DEAŞ ilə mübarizənin davam etdirilməsinin lazım olduğunu bildirib.

Steffan de Mistura isə terrorla mübarizənin əhəmiyyətinə toxunaraq,

"Terroru məğlub etmək üçün, ilk növbədə, siyasi problemi həll etməyin lazım olduğunu" deyib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri də, Suriya sülh danışıqları çərçivəsində De Misturadan aldıqları sənədə, danışıqların yeni dövrü başlandıqdan sonra cavab verəcəyini söyləyib.

Qeyd edək ki, Suriya danışıqlarının sonrakı mərhələsinin aprel ayında başlanması gözlənilir.

Әlaqәli Xәbәrlәr