Obamanın Kuba və Argentina səfəri

Barak Obama: "Kuba xalqına dostluq əlini uzadırıq"

456644
Obamanın Kuba və Argentina səfəri

Barak Obama Kubada Havana Böyük Teatrında kubalılara müraciər edərək azadlıq haqqında danışıb və vətəndaşları qorxmadan, fikirlərindən keçəni sərbəst şəkildə ifadə etməyə çağırıb.

Obamanın Kuba dövlət televiziyasında canlı yayımlanan çıxışını Kuba prezidenti Raul Kastro teatr salonundakı lojadan izləyib.

Çıxışa "Bura Amerika qitəsindəki soyuq müharibənin son qalıqlarını dəfn etməyə gəldim" deyən Barak Obama Kuba xalqına dostluq əlini uzatdıqlarını, ölkəsinin niyyətinin Kubaya öz siyasi və iqtisadi maraqlarını yeritmək olmadığını deyib: "Hər ölkənin, hər xalqın öz yolunu müəyyənləşdirmək haqqı var".

ABŞ prezidenti Havanada müxalifət və qeyri-hökumət təşkilatları nümayəndələrilə də görüşüb. ABŞ-ın Havanadakı səfirliyində təşkil edilən mərasimində ABŞ Dövlət katibi Con Keri (John Kerry) də iştirak edib. Burada qısa nitq söyləyən Obama Kuba xalqının nə düşündüyünü öyrənməyin onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: "Kubada aktiv bir vətəndaş hərəkatının içində olmaq böyük cəsarət tələb edir. Bu barədə Kuba hökumətilə fikir ayrılığımız var".

Amerika prezidenti Barak Obama, həmçinin, Raul Kastro ilə birlikdə beysbol matçını izləyib.

Görüşü zamanı Belçikadakı terror hücumlarına da toxunan Obama irqi və ya milli ayrı-seçkilik etmədən terrorizmə qarşı birgə mübarizə çağırışı edib.

Havanadan Argentinaya keçən Obamanı hava limanından Kuba prezidenti Raul Kastro yola salıb.

Qeyd edək ki, Barak Obama 1997-ci ildən indiyə qədər Argentinaya səfər edən ilk Amerika prezidentidir.

Obama və ailəsini paytaxt Buenos Ayresdə Argentina Xarici İşlər naziri Susana Malkorra və ABŞ-nın Buenos Ayresdəki səfiri Noah Mamet qarşılayıb.



Әlaqәli Xәbәrlәr